®Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan “Kontakt” işarət dilini bilən “satış məsləhətçisi” axtarır. Sevindirən şəbəkə nitq və eşitmə məhdudiyyətli insanlara daha yüksək xidmət göstərmək məqsədilə bu təşəbbüsü irəli sürüb.
Əməkdaşın əsas funksiyası nitq və eşitmə məhdudiyyətli ziyarətçilərə mağazadakı məhsul və xidmələr barədə ətraflı məlumat vermək, eyni zamanda digər mağaza heyəti ilə həmin ziyarətçilər arasında kommunikasiya yaratmaqdan ibarətdir. Namizədə dair əsas tələb işarət dili biliyidir. Satış təcrübəsi arzuolunan şərtlərdəndir.
Vakansiya ilə maraqlananlar bu linkə keçid edərək müraciət edə bilərlər.
Qeyd edək ki, şəbəkə “Beynəlxalq əlillər günü” ərəfəsində hər kəsə bərabər xidmət göstərə bilmək üçün “Məhdudiyyətsiz Kontakt” layihəsini təqdim edib. İndi əlilliyi olan şəxslər “Ukrayna Dairəsi” mağazasına sərbət şəkildə gələrək istədiyi məhsul haqqında məlumat ala və ya digər əməliyyatları həyata keçirə biləcəklər. Bunun üçün mağazanın infrastrukturu tamamilə yenilənib. Üstəlik, fiziki məhdudiyyətli şəxslər və hamilə qadınlar üçün şəbəkənin bütün kassa və kredit şöbələrində qəbul növbəsizdir.
Xatırladaq ki, “Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz.
“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.