14 C
Baku
Saturday, November 23, 2024

“Ekspress-C”nin istiqrazlarına üç investor müştəri çıxıb

2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Ekspress-C” ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2001023608 dövlət qeydiyyat nömrəli, 2 mln. manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5% , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

EkspressC

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2000 000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2000 000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər