16 C
Baku
Tuesday, October 1, 2024

Mark Tsugerberq Avropanı pulsuz internetlə təmin edəcək

The Telegraph nəşrinin verdiyi məlumata görə, Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Tsugerberq Avropanı pulsuz internetlə təmin etmək qərarına gəlib. O qeyd etmişdir ki, xidmət ona ehtyacı olan hər kəsə göstəriləcək.

O həmçinin bildirmişdir ki, hazırda onun məqsədini həyata keçirməyə imkan verən texnologiyalar yaranıb.

Milyarder Internet.org adlı yeni layihə üzərində işləyir. Onun sözlərinə görə, dünyadakı sahibkarların üçdə iki hissəsi yoxsul ölkələrdə yaşadığından internetə çıxışı yoxdur.

Qeyd edək ki, Hindistan, Gana, Zimbabve, Keniya, Kolumbiya və Tanzaniya artıq Internet.org layihəsinə qoşulub.

Son xəbərlər
Digər xəbərlər