Orta əsrlər özünün qanlı hadisələri və qəddar şəxsləri ilə məşhurdur. Lakin Pedro de Arbues de Epila-nı bunlardan ən türkürpədici olanı adlandırmaq olar. O ispan inkvizitoru idi. İlk baxışdan həmin şəxsin ağıl və psixoloji vəziyyətində problemlərin olduğunu düşünmək olardı. O özünün fikrincə insanları həlak etməyin ən maraqlı üsulunu yaratmışdı. Onun yaratdığı oyun “canlı şahmat” adlanırdı.
Bir çoxları onun manyak, əqli problemlərinin olduğunu düşünərdi. Bu səhv fikirdi. Pedro yaxşı təhsilli, üstəlikdə dindar biri idi. Onun bir çox şagirdi ondan nümunə götürür və onunla fəxr edirdilər. 1474-cü ildə onun Araqona inkvizitor təyin edilməsi faktı bunu təsdiq edir.
Çoxlu sayda insan onun edamının qurbanı olmuşdu. Burada isə adi edam növündən bəhs edilmir. O əsl “qanlı şahmat” yaratmışdı.
Əyləncə üçün tələb olunan yeganə şey müəyyən sayda eretik idi. Qeyd etmək lazımdır ki, bu zaman insanın günahkar olub-olmaması heç bir əhəmiyyət daşımırdı. İnsanlar ağ və qara rəngdə geyindirilir və “canlı şahmat” lövhəsi üzərində tutmalı olduğu yer göstərilirdi. Canlı fiqurlarla isə iki kor rahib oynayırdı…
Hər hansı bir fiqur “yeyildikdə” cəllad lövhə üzərinə daxil olur və canlı fiquru həyatdan məhrum edirdi. Edam üsulu isə çox qəddar idi: o qurbanı ya nizə ilə düşə, ya da sadəcə kəlləsini vura bilərdi. Cansız cəsədlər isə oyunun sonuna qədər lövhə üzərində qalırdı. Hər yerin qan içərisində olduğunu qeyd etməyə ehtiyac belə yoxdur. Sonda qalib gələn fiqurların bəxti gətirdiyini də demək olmaz. Bu “qaliblər” oyunun sonunda tonqalda yandırılırdı. Bu proses isə “odla təmizləmə” adlanırdı.
Ən maraqlısı idə odur ki, katolik kilsəsi Pedronu şəhid elan etmişdi. Belə ki, o 1485-ci ildə öldürülüb.







