13 C
Baku
Friday, November 22, 2024

“Samsung” telefon və istehlak elektronikası istehsalı bölmələrini birləşdirir

“Samsung Electronics” üç CEO-sunu dəyişdirəcəyini və bölmələrin sayını üçdən ikiyə endirəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, mobil və istehlakçı məhsullarının istehsalı bölmələri “SET bölməsinə birləşdiriləcək, ona Çon-Xi Xan rəhbərlik edəcək.

Ümumilikdə, yenidənqurma zamanı “Samsung Electronics”in maliyyə direktorunun dəyişdirilməsi də daxil olmaqla yeddi yüksək vəzifəli təyinat həyata keçirilib. Yenidəntəşkil 2017-ci ildən bəri ən əhəmiyyətli olub, şirkət bunu rəqabət qabiliyyətini gücləndirmək niyyəti ilə əlaqələndirir.

Şirkətdə dəyişiklik rüşvətxorluq və mənimsəmə cinayətlərinə görə cəzadan şərti olaraq azad edilmiş “Samsung”un vitse-prezidenti və faktiki rəhbəri Li Jae Young Cənubi Koreyanın baş naziri Kim Bu Qyomun təsdiqi ilə vəzifəsinə qayıtdıqdan bir neçə ay sonra baş verib. Daha sonra lider güclü yuxu həbi propofoldan qanunsuz istifadəyə görə cərimələnib.

Son xəbərlər
Digər xəbərlər