Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
“Rossiya24” kanalının verdiyi məlumata görə, Putin-Bayden danışıqları videokonfrans formatında keçirilir.
Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.
Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.
Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.