10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir

Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.

Bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

“Qanun layihəsi qəbul edildikdən sonra jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək”, – layihədə bildirilib.

Son xəbərlər
Digər xəbərlər