“Apple”ın bazar kapitallaşması 3 trilyon dolları keçib.
Banker.az xəbər verir ki, “Nasdaq” birjasından əldə edilən məlumata görə, dekabrın 9-da Bakı vaxtı ilə saat 22:25-də şirkətin bir səhminin qiyməti 175.51 dollar təşkil edib.
Qeyd edək ki, “Apple” tarixdə kapitallaşması 3 trilyon dolları keçən ilk şirkət olub. 2020-ci ildə korporasiya həmçinin bazar dəyəri 2 trilyon dollara çatan ilk brendə çevrilib.
2020-ci ilin iyulunda Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti “Apple”ı geridə qoyaraq kapitallaşma üzrə liderliyini geri qaytarıb.
Oktyabr ayıda şirkət dördüncü rüb üçün gəlirində 29% artım olduğunu açıqlayıb. Bu, yeni rekord olsa da, 2018-ci ildən bəri ilk dəfə rəqəm investorların 85.1 milyard dollarlıq gözləntilərindən aşağı düşüb.