Azərbaycanın sənaye müəssisələrindən biri ləğv edilir.
Banker.az xəbər verir ki, “Zəyəm Sənaye İstehsal” ASC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ5729 Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi, ev 60A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Zəyəm Sənaye İstehsal” ASC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 59 236 manatdır və qanuni təmsilçisi Yaqub Tağıyevdir.