AZAL-ın Moskvaya uçan “Boeing”inin gecikmə səbəbi açıqlandı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.

Bu barədə Banker.az-a AZAL-dan bildirilir.

Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.

Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər