9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı iqtisadi marağı nədir?

Azərbaycan həm coğrafi, həm də tarixi-mədəni baxımdan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında orta mövqe tutur və özünü türk dünyası daxilində körpü kimi qəbul edir. Avropa ilə Asiya arasında müxtəlif nəqliyyat yollarının kəsişməsi də bu mövqenin daha bir elementidir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı maraqlarına iqtisadi aspektdə baxsaq görürük ki, türk ölkələri Azərbaycan üçün iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Bir tərəfdən, Türkiyə daim əsas ticarət və investisiya tərəfdaşlarından biridir. Digər tərəfdən, məhz Mərkəzi Asiyanın türk ölkələri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və indi Türkmənistan da iqtisadi sinergiya yaratmaq potensialına malikdirlər ki, bu da beynəlxalq  nəqliyyat layihələrinin və Azərbaycanın milyardlarla dollar vəsait xərcləmiş olduğu infrastruktur obyektlərinin (Ələt liman və azad iqtisadi zonası, Bakı-Tbilisi-Qars dəmir yolu) inkişafına ciddi təkan verə bilər. Ümumtürk platformasının yaradılması vasitəsilə Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycanın öz regional əhəmiyyətini artırması və bundan dividendlər əldə etməsi baxımından ən perspektivli yoldur.
(c) Topçubaşov Mərkəzi
Son xəbərlər
Digər xəbərlər