13 C
Baku
Friday, November 22, 2024

“Apple” son ildə Azərbaycanda mövqeyini gücləndirib – TAM SİYAHI

Azərbaycanda 2021-ci ilin noyabrında ən çox satılan smartfonların payları açıqlanıb. Bu barədə “Global Stats”ın açıqlamasına görə, ABŞ-ın “Apple” brendi Azərbaycanda mövqeyini gücləndirib.

Banker.az həmin statistikaya istinadən xəbər verir ki, “Samsung” hazırda ənənəvi olaraq bazarda ən çox satılan smartfonların lideri olaraq qalır. “Samsung” 2020-ci ilin noyabrından satılan telefonların 44.93 faizini təşkil edib. Bu 2021-ci ilin oktyabrında 42.02% olduğu halda noyabrda 40.77%-ə düşüb.

“Kontakt”dan korporativ müştərilərə 60%-DƏK ENDİRİM

Hazırda Azərbaycanda ikinci ən çox satılan “Xiaomi” ötən ilin noyabrında 29.54% bazar payına sahib idisə, cari ilin oktyabrında 34.1%-ə yüksəlmişdi. Noyabrda isə bu        34.01%-ə qədər geriləyib.

Son aylarda yeni telefon modelini açıqlayan “Apple” Azərbaycanda son ildə mövqeyini bir qədər gücləndirib. 2020-ci ildə noyabrda 14.72% bazara sahib olan ABŞ telefon brendi, cari ilin eyni dövründə 17.44%-ə qədər irəliləyib. Məlumat üçün bildirək ki, öncəki ayda 16.2% idi.

Azərbaycanda satılan smartfonların payı, %-lə

2020 noyabr 2021 oktyabr 2021 noyabr
Samsung 44.93 42.02 40.77
Xiaomi 29.54 34.1 34.01
Apple 14.72 16.2 17.44
Huawei 5.67 4.65 4.57
Naməlum marka 0.84 0.46 0.63
LG 0.78 0.29 0.29
Lenovo 0.7 0.33 0.33
Realme 0.17 0.47 0.47
Nokia 0.41 0.22 0.23
HTC 0.26 0.12 0.12
Tecno 0.17 0.16 0.14
Sony 0.21 0.1 0.09
Honor 0.14 0.14 0.12
Alcatel 0.3 0.05 0.05
ZTE 0.22 0.06 0.07
Meizu 0.18 0.08 0.07
OnePlus 0.16 0.11 0.13
Vivo 0 0.06 0.06
Motorola 0.11 0.04 0.04
Oppo 0.04 0.08 0.09
Hisense 0.09 0.04 0.04
General Mobile 0.08 0.03 0.03
Google 0.03 0.04 0.07
Asus 0.03 0.04 0.02
Micromax 0.06 0.01 0.01
Ulefone 0.04 0.01 0.01
Casper 0.02 0.01 0.01
Umidigi 0.01 0.01 0.01
Vestel 0.01 0.02 0.01
Digər 0.09 0.05 0.04

 

 

Son xəbərlər
Digər xəbərlər