®Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika ölkənin real sektorunun inkişafı üçün xarici investisiyaların cəlb edilməsini uğurla davam etdirir. Belə ki, Bank Azərbaycanda aqrar, kiçik və orta biznesin inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə 2 iri kredit sazişi imzalayıb.
İlk kredit sazişi AZAFF aqrar layihəsi çərçivəsində bağlanıb və cəlb olunan vəsaitlər kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsinə yönəldiləcək. İkinci kredit sazişi bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın, həmçinin COVİD-19 pandemiyasından zərər çəkmiş sahibkarların maliyyələşdirilməsi məqsədilə imzalanıb. Cəlb olunan vəsaitlərin ümumi həcmi 13.5 mln. dollar təşkil edir və hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.
Qeyd edək ki, bu, Bankla beynəlxalq maliyyə institutları arasında cari ildə imzalanan ilk böyük saziş deyil. 2021-ci ildə Bank Respublika ilə Hollandiya İnkişaf Bankı (FMO), eləcə də EMF Microfinance Fund Avropa investisiya şirkəti ilə kredit sazişi bağlayıb.
“Avropa Yenidənqurma və İnkişaf Bankından növbəti kreditin cəlb olunması beynəlxalq maliyyə institutları ilə olan səmərəli əməkdaşlığımızın davamıdır və bankımız tərəfindən xüsusi önəm verildiyi ölkənin real sektoruna dəstək strategiyamızın bir hissəsidir. İmzalanmış saziş aparıcı beynəlxalq maliyyə institutları tərəfindən bankımıza olan etibarlılığın və yüksək etimadın növbəti təsdiqidir”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariel İsmayılov vurğulayıb.
“Çox şadam ki, AYİB-in Bank Respublika ilə əməkdaşlığı möhkəmləndikcə Azərbaycan müəssisələri maliyyələşdirməyə çıxış imkanlarını artıra bilər. Hədəfimiz şirkətin böyüməsini, məhsuldarlığını və məşğulluğunu artırmaq məqsədilə bank kreditlərini inkişaf etdirməkdir“, – deyə qurumun Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen bildirib.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.