İngiltərə Mərkəzi Bankı (Bank of England) pandemiyadan sonra ilk dəfə bu gün faiz dərəcəsini qaldırıb.
Banker.az xəbər verir ki, yeni qərarla faiz dərəcəsi tarixi minimum olan 0.10%-dən 0.25%-ə qədər yüksəldilib.
Bu xəbərin ardından İngilis funt sterlinqi bahalaşıb. GBP/USD cütlüyü 0.0095 dollar, yaxud 0.72% artımla 1.3358 səviyyəsinə yüksəlib.