“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin kapitalının bir hissəsi geri çəkilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, BOKT-un nizamnamə kapitalı 200 000 manat, yaxud 20% azaldılıb.
Bununla da nizamnamə kapitalı 1 000 000 manatdan 800 000 manata qədər endirilib.
“Finex Kredit” BOKT-un səhmlərinin 18.95%-i Şəlalə Tağıyeva, 18.25%-i Raminə Allahverdiyeva, 15.63%-i Azad Cəbrayılov, 14.83%-i Mobil Şərifov, 14.08%-i Tokay Şıxəlizadə, 6.75%-i Tahir Namazov, 4.63%-i Tofiq Cəfərov, 3.25%-i Azər Hacıyev, 2.03%-i Gülnarə Tağıyeva və 1.63%-i Sevil Hidayətovaya məxsudur.