Azərbaycanda bankların kredit portfeli 2021-ci ilin noyabr ayında 1.8% artıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının həftənin cümə gününə açıqlamasında bildirilir.
Bu da o deməkdir ki, bankların kredit portfeli 1 dekabr 2021-ci il tarixində 16 milyard 285 milyon manata qədər artmışdır.
Kredit portfelinin həcmi bir ay öncə 15 milyard 997 milyon manat idi.
İlin əvvəlindən isə kredit portfeli 15% artıb.
Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 29% (2.8 mlrd. manat) artıb.