Türkiyənin “Assan Panel” şirkəti və Sumqayıt Texnologiya Parkının birgə müəssisinə yenidən maya qoyulur.
Banker.az xəbər verir ki, “Assan-STP Panel” MMC-nin nizamnamə kapitalı 850 000 manat, yaxud 33.33% artırılıb.
Beləliklə, “Assan-STP Panel”nin nizamnamə kapitalı 3 400 000 manata çatdırılıb.
Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan “Kibar Holding”ə aid “Assan Panel Sanayı ve Ticaret A.Ş.” (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə 2021-ci ilin ilk rübündə müqavilə imzalayıblar.
“Assan-STP Panel” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaq. “Dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan “Assan Panel”in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir”- deyə, STP-nin fevraldakı press-relizində deyilirdi.