16 C
Baku
Tuesday, April 30, 2024

Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin edilib

Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyevin müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a fatı təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər