Bankların kredit faizləri üzrə gəliri artıb – 2 milyard manata yaxınlaşır

Azərbaycandakı banklar bu ilin 11 ayında verdikləri kreditlərdən 1 milyard manatdan artıq gəlir əldə ediblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 549.3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 155.7 milyon manat və ya 11.2% çoxdur. Bankların ötən ilin 11 ayında kreditlər üzrə faiz gəlirləri 1 milyard 393.6 milyon manat təşkil etmişdi.

2021-ci ilin 11 ayında faizlər üzrə xərcləri isə 490.9 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 451.2 milyon manat idi.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər