“Samsung” şirkəti smartfonlarını başqa əməliyyat sisteminə köçürmək istəyir.
Banker.az xəbər verir ki, məlumata görə, yenilik “Google Fuchsia” adını alıb və “Android” ilə müqayisədə daha geniş çeşidli cihazlar üçün istifadə oluna bilir.
Vaxt baxımından yeni əməliyyat sisteminə keçid bir neçə il çəkəcək. Söhbət layihənin mərhələli şəkildə həyata keçirilməsindən gedir.
Perspektivli “Fuchsia” əməliyyat sistemi bir sıra üstünlüklərə malikdir: istifadə rahatlığı və tez yeniləmə imkanı. Sözügedən əməliyyat sisteminin yaradılması ilə “Fuchsia Devices” komandası məşğuldur, bu struktur “Samsung”un bölmələrindən biridir.