Rusiyanın “Qazprom” şirkəti bu il qaz hasilatını ötən ilin göstəricisi ilə müqayisədə 62,2 mlrd. kubmetr artıraraq 515 mlrd. kubmetrə çatdıracaq.
Bu barədə şirkətin rəhbəri Aleksey Miller bildirib.
“Bu, son 13 ilin ən yaxşı göstəricisidir”, – A. Miller qeyd edib.
Onun sözlərinə görə, 2021-ci ildə daxili bazara tədarükün həcmi ötən illə müqayisədə 29,7 mlrd. kubmetr artacaq.