Dollar artımı zamanı qiymətləri hansı sürətlə, hansı nisbətdə artırıblarsa, o cür də endirmələrini xüsusilə gözləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyəni dünyanın 10 ən böyük iqtisadiyyatı arasına daxil etməyi hədəflədiklərini vurğulayıb.
“Başqa yolla Türkiyəni diz çökdürə bilməyəcəklərini görənlər bütün güclərini və resurslarını iqtisadiyyat sahəsinə yönəldiblər. Təəssüflər olsun ki, bu çirkin işdə rol oynamağa hazır olan siyasətçilər, elm adamları və media mənsubları kifayət qədərdir”, – Ərdoğan qeyd edib.
“Əslində, biz hazırladığımız tədbirlər paketini açıqladıqdan sonra, demək olar ki, bir gün ərzində məzənnədəki köpüyün yox olduğunu gördük. Təbii ki, iqtisadi siyasətimizin uğuruna inamımız və həyata keçirilməsini davam etdirmək əzmimiz belə bir nəticənin ortaya çıxmasında paketin məzmunu qədər təsirli oldu.
İnşallah, bundan sonra da eyni qətiyyətlə yolumuza davam edəcəyik. Allaha şükürlər olsun ki, ölkəmiz tamam başqa bir iqtisadi mühitə birlikdə daxil oldu. Allahın izni ilə hamımız birlikdə buna şahid olacağıq”.