Azərbaycanda regional mədəniyyət evlərində yoxlamalar aparılır

“Bəzi mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var”.

Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini lazım edir: “Mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklər bu problemlərin öhdəsindən gələcəyik”.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər