7 C
Baku
Sunday, January 12, 2025

Bu şirkətlər də Almatıya uçuşları ləğv etdi

“Flydubai”, “Air Arabia” və “Jazeera Airways” aviaşirkətləri Qazaxıstandakı vəziyyətlə əlaqədar olaraq Almatı şəhərinə planlaşdırılan reysləri ləğv ediblər.

“Emirates” jurnalistlərin şirkətin hazırda nə planlaşdırması ilə bağlı sorğusuna cavab verməyib.

Qeyd edək ki, AZAL da Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edib. Bildirilib ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bundan əlavə, Rusiyanın “Aeroflot” şirkəti Moskva-Almatı reysini ləğv edib.

Xatırladaq ki, yanvarın 5-i etirazçılar Almatı şəhər hava limanına daxil olsalar da, bir müddət sonra ərazini tərk ediblər. Beynəlxalq hava limanının Mətbuat xidməti isə insident səbəbindən aeroportun öz işini dayandırdığını elan etmişdi.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər