Nazarbayev günlər sonra xalqa çağırış etdi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkə Prezidenti Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.

Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə siyasətçinin mətbuat katibi Aydos Ukibay bildirib.

“Elbası hamını cari çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün Qazaxıstan Prezidenti ətrafında birləşməyə çağırır”, – deyə Ukibay əlavə edib.

Qeyd edək ki, yanvarın 5-də N.Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Bundan sonra onun Qazaxıstanı tərk etdiyi barədə məlumat yayılıb, lakin bu, öz təsdiqini tapmayıb.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər