“AzərSpace1” peyki bu günə qədər qoyulan investisiyaların 80 %-ni çıxarıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.
S.Əsədov əlavə edib ki, peyk qarşıdakı 9 ildə də bu fəaliyyəti davam etdirəcək:
“İlk peykə 230 milyon ABŞ dolları investisiya yatırılmışdı. Peykin istifadə müddəti 17 ildir və onun artıq 8 ili geridə qalıb. Hələ qarşıdakı 9 ildə də bu peykin xidmətlərindən istifadə edəcəyik”.