2 C
Baku
Saturday, December 14, 2024

ASAN Xidmətin Elektron Hökumətin İnkişafı Mərkəzi 9.3 mln. manatlıq zərər açıqlayıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yaxud qısa adı ilə ASAN Xidmətin Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxs 2020-ci ili 9.31 milyon manat zərər etdiyini açıqlayıb.

Banker.az EHİM-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu da 2019-cu illə müqayisədə 67.5% artımdır.

Bununla da, qurumun yığılmış zərəri artmaqla 15.2 milyon manata çatıb.

2020-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi əməliyyat gəlirləri 2.13 milyon manat (2019-cu ilə nisbətən 2,2 dəfə az), əməliyyat xərcləri 5.99 milyon manat (+36%), digər gəlirləri 0.01 milyon manat (+6 dəfə), inzibati xərcləri 5.45 milyon manat (- 6.8%), məzənnə fərqindən zərər 5 min manat (+3.5), mənfəət vergisi ödəmələri 2 min manat (+30 dəfə) təşkil edib.

Ötən ilin əvvəlinə isə EHİM-in aktivləri 17.58 milyon manat olub. Bu da illik müqayisədə 14.7% artımdır. Hesabat dövründə publik hüquqi şəxsin öhdəlikləri 51.1% artaraq 0.75 milyon manata, balans kapitalı isə 13.4% artaraq 16.83 milyon manata çatıb.

2424 2142424

EHİM ölkə prezidentinin 14 mart 2018-ci il tarixli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır. Mərkəz dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsinə məsuldur.

Son xəbərlər
Digər xəbərlər