10 C
Baku
Friday, December 13, 2024

Pirallahı Sənaye Parkının rezidenti dərman istehsalına başladı – ölkədə ilk dəfədir

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton MR (qliklazid) preparatının istehsalına başlanılıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib.

Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton MR preparatının istehsalı planlaşdırılır.

Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər