15 C
Baku
Saturday, October 19, 2024

Western Union MoneyGram-ı ala bilər

Pul köçürmələri sahəsində xidmət göstərən Western Union şirkəti özünün rəqibi olan MoneyGram International Inc. şirkətini almaq barədə danışıqlar aparır.

Bloomberg agentliyinin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir.

MoneyGram-ın bazar dəyəri 415 milyon dollar həcmində qiymətləndirilir. 2015-ci ilin I rübündə şirkətin sahib olduğu zərər 72 milyon dollar təşkil edirdi.

Müqayisə üçün qeyd edək ki, Western Union şirkətinin kapitalizasiyası 11 milyard dollardan çoxdur. 6 may tarixində Nasdaq-da ticarət sessiyasının əvvəlində şirkətin səhmlərinin dəyəri 6% yüksəlmişdir. Bununla yanaşı, MoneyGram-ın da səhmləri 23% yüksəlmişdir.

Hazırda MoneyGram şirkətinin sahibi Thomas H. Lee Partners və Goldman Sachs bank qrupudur. Onlar 2008-ci ildə 1,65 milyard dollara pay əldə etmişdilər.

Son xəbərlər
Digər xəbərlər