2 C
Baku
Saturday, December 14, 2024

Qida əlavəsi adı altında qanunsuz satılan məhsullar məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) adı altında müxtəlif çeşidli məhsulların topdan satışı həyata keçirilən, fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda plandankənar yoxlama keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, araşdırma zamanı mağazalarda qida təhlükəsizliyi sertifikatları olmayan, müxtəlif çeşidli və çəkilərdə qablaşdırılmış 192 ədəd mənşəyi məlum olmayan məhsul satışdan kənarlaşdırılaraq məhv edilib.

Son xəbərlər
Digər xəbərlər