Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işi üzrə prosesdə prokuror çıxış edib. O, İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və daha əvvəl üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib.
Vəkillər yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses yanvarın 31-də davam edəcək.
İstintaq İsmayılovu 2011-2017-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 680 min manat vəsaiti mənimsəməkdə ittiham edir.
Ona qarşı CM-in 179.3.2 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda) maddələri ilə ittiham irəli sürülüb.