11 C
Baku
Tuesday, November 26, 2024

Ötən il Azərbaycan vətəndaşlığının müəyyən edilməsi üçün müraciətlərin sayı açıqlanıb

2021-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün 24125 müraciət olub. Onlardan 20756-sı Azərbaycan vətəndaşı sayılıb, 3925 nəfər isə Azərbaycan vətəndaşı sayılmayıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 1558 şəxsin isə mənsubiyyətini müəyyən etmək mümkün olmayıb.

Son xəbərlər
Digər xəbərlər