14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın dövlət büdcəsində 1 mlrd. manata yaxın kəsir (defisit) yarandı

Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirləri 2021-ci ildə 26 milyard 419.1 milyon manat olmuşdur.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Büdcə gəlirləri illik müqayisədə 7% artıb.

Dövlət büdcəsinin xərcləri, 27 milyard 412.8 milyon manat olmaqla öncəki ili cəmi 3.8% üstələyib.

Beləliklə, Azərbaycanın dövlət büdcəsində 2021-ci ildə 993.7 milyon manat təşkil edib. Bu noyabr ayına qədər isə 415.8 mln. manat idi. Büdcədə isə 3 milyard 116 milyon manat kəsir olacağı proqnoz edilmişdi. Bu yuxarı hədd hesab edilirdi.

Qeyd edək ki, 2020-ci ildə ölkənin büdcə kəsiri 1 milyard 744 milyon manat idi.

2021-ci il üzrə dövlət büdcəsində Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 31 milyard 163.45 mln. manat müəyyən edilib

Son xəbərlər
Digər xəbərlər