2021-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci illə müqayisədə 4.8% artaraq 7758.2 mln. manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5 885 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75.9%-ini təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə hər bir ölkə sakini orta hesabla 774.4 manatlıq və ya 2020-ci illə müqayisədə nominal ifadədə 72.7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
DSK-nn hesabatında qeyd olunur ki, 2021-ci ildə dövlət tərəfindən əhaliyə 1 770 mln. manatlıq xidmət göstərilib ki, bu da 2020-ci ilə nisbətən 7% çoxdur. Ödənişli xidmətlər sahəsində özəl sektorun payı isə 5 988.2 mln. manat olub (ondan 1 873,2 mln. manat fiziki şəxslər) və bu, illik müqayisədə 4.1% artım deməkdir.