12 C
Baku
Thursday, November 14, 2024

“Toyota” koronavirusa görə avtomobil istehsalını azaldır

“Toyota” 2022-ci ilin fevral ayında istehsalı azaldacaq.

Banker.az xəbər verir ki, yapon brendinin mətbuat xidmətinin məlumatına görə, gələn ay gözlənilən istehsal həcmi təxminən 700 min avtomobil təşkil edəcək ki, bu da əvvəllər proqnozlaşdırılandan 150 min ədəd azdır.

Planların düzəldilməsinə səbəb davam edən COVID-19 pandemiyası fonunda yarımkeçiricilərin təchizatındakı fasilələr olub. Xatırladaq ki, daha əvvəl 2022-ci il martın 31-dək şirkətin müəssisələrinin konveyer xətlərindən 9 milyondan çox avtomobil çıxacağı planlaşdırılırdı, lakin indi bu göstəricinin daha aşağı olacağı gözlənilir.

Komponentlərin çatışmazlığı səbəbindən istehsalın dayandırılması Yaponiyanın səkkiz böyük müəssisəsinə təsir göstərəcək, burada məşhur “Corolla”, “Yaris”, “RAV4” və “CH-R” modelləri istehsal olunur. Böhran həmçinin premium “Lexus” avtomobillərinin istehsalına təsir göstərəcək.

“Toyota” 2021-ci ilin ikinci yarısında avtomobil komponentlərinin ciddi çatışmazlığı ilə üzləşib. Məsələn, sentyabr və oktyabr aylarında yaponlar avtomobil istehsalını 30-40% azaltmağa məcbur olub.

2022-ci ilin yanvarında COVID-19 pandemiyası fonunda təchizat zənciri problemləri və çip çatışmazlığı səbəbindən yaranan böhran Yaponiyadakı beş zavodda və ABŞ-da bir neçə fabrikdə montaj xəttinin bağlanmasına gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər