2021-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 33 902.9 milyon manat təşkil edib ki, bu da proqnozdan 42.3%, 2020-ci illə müqayisədə isə 38.6% çoxdur.
Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, ötən il icmal büdcənin xərcləri isə 29 980,6 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2.8% çoxdur.
Beləliklə, icmal büdcə 7 335.3 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 922.3 milyon manat qalıqla yekunlaşıb.