Ötən il Azərbaycanda banklar tərəfindən 356.3 mln. manatlıq ipoteka krediti verilib. Ən çox ipoteka kreditləri fevral ayında (40.8 mln. manat), ən az isə yanvar ayında (16.9 mln. manat) verilib.
2020-ci ildə isə bu göstərici 257.5 mln. manat təşkil edirdi. Deməli, ötən il verilmiş ipoteka kreditlərinin həcmi illik müqayisədə 98.8 mln. manat və ya 38.4% çox olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ipoteka krediti üzrə ayrılmış vəsaitin həcmi isə 71.1 mln. manat olub.