Bu gün Gömrük Sərnişin Məlumat Mərkəzinin açılışı baş tutub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz rəsmi twitter səhifəsində yazıb.
DGK sədri açılışda Böyük Britaniyanın səfiri Ceyms Şarp, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreevanın iştirak etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, bu mərkəz təhlükəsizliyin təmin olunmasına, səmərəli risk idarəetmə sisteminin tətbiqinə mühüm töhfə verəcək.