2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,3 mln. manat vəsait ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,0 mln. manat və ya 11,5% daha çox vəsait xərclənib.