12 C
Baku
Monday, November 25, 2024

Məşhur bank dəyişən təsdiqetmə şifrəli kart yaratdı

Polşa bankı olan Getin Bank Dynamic CVC  kartının dəyişən təsdiqetmə şifrəsi ilə pilot layihəsini yaratdı. Belə bir kartın yaradılması geniş miqyaslı yenilik olacaq.

Bankın verdiyi məlumata əsasən, displeydə əks olunan şifrə hər 1 saatdan bir yenilənir. İstifadə olunan bu mexanizm internetdə tranzaksiyalar zamanı təhlükəsizlik tədbirlərinin artırılması üçün müasir bank qərarıdır.

Belə bir məhsul cari ilin iyun ayından artıq Getin Bank müştəriləri üçün əlçatan olacaq.

Dynamic CVC kartı Getin Bank-ın məhsulları sırasında daxili ekrana sahib ilk kart deyil. Əvvəllər buna bənzər MasterCard Display kartı buraxılmışdı.

Son xəbərlər
Digər xəbərlər