2021-ci ilin sonuna sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2.7 dəfə artaraq 959.3 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter profilində məlumat verib.
Ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20.8%-ə çatıb ki, bu da 2020-ci il (11.4%) və 2019-cu il (9.6%) ilə müqayisədə daha yüksək göstəricidir. Qeyri-neft sənaye ixracında həmin göstərici 30.8% təşkil edir.