13 C
Baku
Sunday, November 24, 2024

“Xiaomi” yeni “Redmi Note 11” smartfonlar xəttini təqdim edib

“Xiaomi” şirkəti yeni “Redmi Note 11” smartfonlar xəttini təqdim edib – “Redmi Note 11 Pro 5G”, “Redmi Note 11 Pro”, “Redmi Note 11S” və “Redmi Note 11”. Cihazların 2022-ci ilin yanvar-fevral aylarında satışa çıxacağı gözlənilir.

Baza sayılan “Redmi Note 11” modeli “Snapdragon 680”, 6.43 düymlük AMOLED displey, 50 Mp əsas kamera, 4 GB operativ yaddaş (və ya 6 GB), 64 GB daxili yaddaş (və ya 128 GB) ilə təchiz olunub.

ocr 3

“Redmi Note 11S”in ekran ölçüləri “Redmi Note 11” ilə eynidir, “Redmi Note 11 Pro” modelinin displeyi isə daha böyükdür – 6.67 düym. Hər iki smartfon “MediaTek Helio G96” prosessoru, 6 və ya 8 GB operativ, 64 və ya 128 GB daxili yaddaşla təchiz olunub. Flaqman “Redmi Note 11 Pro 5G” digər modellərdən “Snapdragon 695” prosessoru ilə fərqlənir.

Bütün “Redmi Note 11” cihazları 5 000 mAh tutumlu batareyaya, 3.5 mm-lik qulaqlıq, iki SIM və MicroSD slotuna malikdir.

Son xəbərlər
Digər xəbərlər