5 C
Baku
Saturday, December 14, 2024

Nazir təqaüdə çıxan generalları yola saldı – Foto

Azərbaycanda daha bir polis generalı təqaüdə göndərilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqlarla Mübarizə İdarəsinin MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Bundan əvvəl isə eyni səbəblə DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Hər iki general üçün Daxili İşlər Nazirliyində yolasalma mərasimi keçirilib, onları nazir Vilayət Eyvazov qəbul edib.

e2

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər