9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan və Türkiyə mərkəzi bankları arasında heç bir svop sazişi danışıqları aparılmır”

“Azərbaycan və Türkiyə mərkəzi bankları arasında heç bir svop sazişi danışıqları aparılmır”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov press-konfransda bildirib.

“Bu məlumatı biz də görmüşük. Biz TCMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq”, -AMB sədri bildirir.

Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları 18 milyard dirhəm və 64 milyard lirəlik ($4.7 milyard) valyuta mübadiləsi (swap, yaxud svop) sazişi imzalayıblar.

Ötən ay TCMB rəhbəri bildirmişdi ki, 2 həftə ərzində iki ölkə ilə valyuta svopu haqqında saziş bağlaya bilər. Həmin siyahıda BƏƏ və Azərbaycanı nəzərdə tutmuşdu.

Son xəbərlər
Digər xəbərlər