“Ölkədə kriptovalyuta istifadəçilərinin sayının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır”.
Bunu Mərkəzi Bankın nümayəndəsi Azər Ələsgərov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, informasiya portallarından əldə olun məlumata əsasən, istifadəçilərin sayı aşağıdır: “Ancaq bu, pul siyasəti üçün təhlükə yaradacaq səviyyədə deyil. Azərbaycan da bununla bağlı dünyada baş verən trendləri izləyir. Vəziyyətdən asılı olaraq qərarlar qəbul edilə bilər”.