10 C
Baku
Wednesday, December 11, 2024

Naxçıvanda son bir ildə açılan bank hesablarının sayı açıqlandı

1 yanvar 2022-ci il tarixə Naxçıvan muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 186 622-yə çatmışdır ki, bunun da 175 338-i və ya 94 faizi aktiv hesablardır.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu,ötən illə müqayisədə 2 dəfə çoxdur.

Belə ki, 2021-ci ildə açılmış 45 117 bank hesabının 45 075-i aktiv hesablar olub.

1 yanvar 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 511-ə çatdırılmışdır. 2021-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 119 milyon 48 min 435 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 33.2 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər