Azərbaycanın 2023-2026-cı illəri əhatə edən dövrdə Qarabağın bərpa və yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanacaq.
Bu, Baş nazir Əli Əsədovun Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə imzaladığı sərəncamda əksini tapıb.
Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları işğaldan azad edilmiş ərazilərdə sektorlar və istiqamətlər üzrə 2023-2026-cı illəri əhatə edən dövrdə (hər il üçün ayrı-ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təklifləri 2022-ci ilin martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər.