Dünyaca məşhur alkoqolsuz içki istehsalçısı “Pepsi”nin Azərbaycandakı törəmə şirkətinin nizamnamə kapitalı artırılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “Pepsi Bottlers Azerbaijan”, yaxud hüquqi adı ilə “Mars Overseas Baku LTD”nin nizamnamə kapitalı son əməliyyatlarda 2 000 000 manat, 15.24% artırılmaqla 15 121 600 manata çatdırılıb.
“Mars Overseas Baku LTD” Azərbaycanda fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır.
Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “Pepsi”, “Mırında”, “Mountain Dew”, “7up”, “Jalə”, “Zolotoy Sad” və “Natura”, “Mıa”, “I’m Tea” əsas brendlər sayılır.