Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
2022-ci il 29 yanvar tarixli 36 nömrəli Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsulları idxal gömrük rüsumuna cəlb olunmayacaq.