13 C
Baku
Sunday, November 24, 2024

Bu il 9 minə yaxın şirkət idxal və ixracla məşğul olub

Azərbaycanda idxal və ixrac fəaliyyətilə məşğul olanların sayı (xarici ticarət iştirakçılarının sayı) artıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə 65 min 147 şəxs, o cümlədən 56 min 277 fiziki, 8 min 870 hüquqi şəxs xarici ticarət iştirakçısı olub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə isə 45 min 462 şəxs, o cümlədən 37 min 211 şəxs fiziki, 8 min 251 hüquqi şəxs xarici ticarət iştirakçısı olumuşdu.

Bu il 8 min 870 hüquqi şəxsdən 8 min 604-ü özəl, 266-ı dövlət şirkəti olub.

Son xəbərlər
Digər xəbərlər